Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Baş səhifə

Rusiyanın İrkutsk vilayətində Tu-22M3 təyyarəsi planlı təlim-məşq uçuşu zamanı enişə keçərkən qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ekipaj katapult edib.

“Pilotların həyatı üçün təhlükə yoxdur. Yerdə dağıntı olmayıb. Təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirirdi”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir