Daha bir ölkədə uşaqların sosial mediadan istifadəsi qadağan edilir

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial
mediadan istifadəsini qadağan etməyi planlaşdırır.

Xarici media yazır ki, bunu Böyük Britaniya Baş nazir Kir
Starmer bildirib.

“Bu, mənim asanlıqla qəbul etdiyim bir qərar deyil və ödəməli
olduğum heç bir bədəl olmadığını iddia etməyəcəyəm. Hökumət
qərarlar qəbul etməlidir və mənə aydındır ki, tam qadağa düzgün
seçimdir”, – baş nazir bildirib.




Starmer əlavə edib ki, valideynlərdən dəstək alacağına əmindir.
O, həmçinin sosial medianın gənclərin inkişafına zərərli olduğunu
iddia edib.

Baş nazir qeyd edib ki, qanun 2026-cı ilin sonuna qədər qəbul
edilə bilər. Onun 2027-ci ilin yazına qədər qüvvəyə minməsi
gözlənilir.

Yanvar ayında Böyük Britaniya hökuməti uşaqlar və yeniyetmələr
tərəfindən sosial media istifadəsinin məhdudlaşdırılması, eləcə də
məktəblərdə smartfon qadağalarının tətbiqinin gücləndirilməsi ilə
bağlı məsləhətləşmələr keçirməyi planlaşdırırdı. Hakimiyyət
orqanları sosial media istifadəsinin minimum yaş həddini müəyyən
etmək və oxşar məhdudiyyətlər tətbiq edən ölkələrin təcrübəsini
qiymətləndirmək istəyirdilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir