
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp
vitse-prezident Cey.Di.Vensin İranla sülh sazişinin imzalanması
üçün Cenevrəyə səfər edəcəyini bildirib.
Bunu o, Fransa Prezidenti Emmanuel Makronla görüş çərçivəsində
jurnalistlərin sualına cavabında deyib.
Tramp Vensin imzalanma mərasimində xüsusi olaraq iştirak
edəcəyini, onun isə G7 sammitindəki cədvəldən asılı olaraq
Cenevrəyə səfər edib-etməyəcəyinin müəyyənləşəcəyini diqqətə
çatdırıb.
O, həmçinin qeyd edib ki, Hörmüz boğazı artıq qismən açılıb və
gəmilər yola düşməyə başlayır.
“Hörmüz boğazı cümə günü tam açılacaq. Düşünürəm ki, Yaxın
Şərqdə bir çox gözəl şeylər baş verəcək. Ən əsası, neft kəskin
aşağı düşür və fond bazarı raket kimi yüksəlir. Əsas məsələ odur
ki, İranın nüvə silahı olmayacaq”,- deyə Tramp əlavə edib.

