
Bakı. Trend:
“Borussiya”nın yarımmüdafiəçisi Feliks Nmeça karyerasını
İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək
istəyir. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Bundesliqa klubu 25 yaşlı oyunçu üçün 50 milyon avro tələb
edir.
Qeyd edək ki, “Borussiya” Feliks Nmeçanı 2023-cü ilin yayında “Volfsburq”dan 30 milyon avroya transfer edib. Almaniya millisinin
üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana
çıxdığı 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda
qalıb.

