“Yuventus” vingerinin transfer hüquqlarını tam şəkildə əldə etdi

Baş səhifə

Bakı. Trend:

“Yuventus” cinah hücumçusu Jeremi Boqanın transfer hüquqlarını
tamamilə əldə edib.

Turin təmsilçisi 29 yaşlı Kot-d’İvuar millisinin üzvü üçün
satınalma bəndini aktivləşdirib. Müqaviləyə əsasən, “Nitsa” klubuna
iki il ərzində 4,8 milyon avro ödəniləcək. Bundan əlavə,
əməliyyatla bağlı əlavə xərclərin 0,8 milyon avroya qədər çata
biləcəyi bildirilir.




Boqa ilə yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə
tutulub.

Futbolçu ötən qış transfer pəncərəsində icarə əsasında
“Yuventus”a qoşulmuşdu. O, ötən mövsüm Seriya A-da 15 oyunda
iştirak edərək 4 qol vurub və klub rəhbərliyini razı saldığı üçün
onun transferi birdəfəlik rəsmiləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir