Bakıda İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu işə başlayıb

Baş səhifə

Bakı. Trend:

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupununİllik Toplantıları
çərçivəsində qurumun strukturları tərəfindən təşkil olunan 14-cü
Özəl Sektor Forumu (Private Sector Forum – PSF 2026) işə
başlayıb.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, forum “Dayanıqlı Rifah naminə
Regional İnteqrasiya” şüarı altında keçirilir və İİB-yə üzv
ölkələrdən hökumət nümayəndələrini, iş adamlarını, beynəlxalq
maliyyə təşkilatlarını və investisiya icmasının təmsilçilərini bir
araya gətirir.

Tədbirin ilk günündə bir sıra yüksək səviyyəli tematik
sessiyalar keçiriləcək. Bunlar arasında gənclərin davamlı iqtisadi
inkişafın və regional əməkdaşlığın təmin edilməsində roluna həsr
olunmuş “Sərhədləri aşan gənclər: Ortaq regional rifahın inkişafına
təkan verən qüvvə” adlı gənclər sessiyası da yer alır.




Həmçinin iştirakçılar halal iqtisadiyyatın inkişaf
perspektivlərini müzakirə edəcəkləri “Halal Economy Forum”
keçiriləcək. “Etik halal biznes modelləri və risklərə qarşı
dayanıqlı maliyyələşdirmə mexanizmləri” adlı strateji dialoq
çərçivəsində isə etik biznes modelləri və dayanıqlı maliyyələşdirmə
mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

Forumda Azərbaycanın investisiya potensialına da xüsusi diqqət
ayrılacaq. “Azərbaycanın İnvestisiya Perspektivləri Sessiyaları”
silsilə sessiyalarında xarici investorlar üçün ölkənin təqdim
etdiyi imkanlar, iqtisadiyyatın perspektivli sahələri və həyata
keçirilən investisiya layihələri barədə məlumat veriləcək.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir