Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb

Baş səhifə

2026-cı ilin ilk rübündə cari əməliyyatlar balansında (CƏB) 1,7 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 557,1 milyon ABŞ dolları və ya 48,7% çoxdur.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) 9,5%-nə bərabər olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə cari əməliyyatlar balansının profisiti 1 milyard 142,9 milyon ABŞ dolları təşkil etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir