
Bakı. Trend:
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi iyunun
21-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə
bilərlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin
əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər
arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra
gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan binasına
buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

