
Bakı.Trend:
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə şəhər ərazisində yerləşən kafelərdən
birində qeydə alınıb.
Belə ki, 21 yaşlı Bayandur Hüseynov şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı tanışı, 20 yaşlı Mətləb Rzayevə
bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər
nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

