İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dünyanın
aparıcı rəqəmsal transformasiya və İT konsaltinq şirkətlərindən
olan “EPAM” ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda yeni mərkəz
fəaliyyətə başlayıb. “EPAM Azərbaycan” MMC ölkədə informasiya
texnologiyaları və süni intellekt sahəsində insan kapitalının
inkişafına, gənc mütəxəssislərin beynəlxalq əmək bazarına
hazırlanmasına və innovativ həllərin təşviqinə xidmət edəcək.

Yeni fəaliyyətə başlayan mərkəzdə gənclər yalnız nəzəri təlimlər
deyil, eyni zamanda real layihələr üzərində işləmək imkanı əldə
edirlər. Burada iştirakçılar gündəlik iş prosesinin bir hissəsi
kimi praktik təcrübə qazanırlar, beynəlxalq səviyyədə tələb olunan
peşəkar bacarıqlara yiyələnirlər. Bu məqsədlə mərkəzdə İRİA və
“EPAM” tərəfindən birgə hazırlanmış “Karyera Mükəmməlliyi” proqramı
həyata keçirilir. Hazırda proqrama 100 nəfər qəbul edilmişdir və
120 nəfər artıq işlə təmin olunmuşdur.




“İşə götür və öyrət” konsepti əsasında təşkil olunmuş proqram
erkən karyera mərhələsində olan İT mütəxəssislərinin inkişafına
yönəlib. Proqram çərçivəsində iştirakçılar əvvəlcə seçilərək işə
qəbul olunur, daha sonra isə həm işləyir, həm də intensiv
təlimlərdə iştirak edirlər. Beş ay davam edəcək proqram müddətində
iştirakçılar “EPAM” komandasının üzvü kimi müxtəlif layihələrdə
çalışır və təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar
bacarıqlarını inkişaf etdirirlər.

Qeyd edək ki, İRİA ilə “EPAM” şirkəti arasında əməkdaşlıq
2025-ci ildən etibarən davam edir və bu çərçivədə “mygov Business”
platformasının inkişafı, eləcə də süni intellekt əsaslı həllərin
hazırlanması istiqamətində bir sıra layihələr həyata keçirilir.
Eyni zamanda dövlət və özəl sektor qurumlarına süni intellekt
texnologiyalarının tətbiqi, data əsaslı həllərin hazırlanması və
rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi sahələrində
dəstək göstərilir. 55-dən çox ölkədə fəaliyyət göstərən, “Fortune
500” şirkətlərinə xidmət edən və “S&P 500” indeksində yer alan
“EPAM” Azərbaycandakı fəaliyyəti ilə qlobal təcrübəni yerli bazarın
ehtiyacları ilə inteqrasiya etməyi hədəfləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir