Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yarışın nəticələrinə əsasən ümumilikdə 36 komanda
mükafatçılar sırasına daxil olub

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan
2026” uğurla yekunlaşıb. Dünyanın ən nüfuzlu robototexnika
yarışlarından biri olan “RobotChallenge”in ilk yerli mərhələsi
gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədə innovasiya
ekosisteminin inkişafına töhfə verən mühüm platformaya
çevrilib.

Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən
600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizə aparıb.
Yarışın açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman
nazirinin müavini İndira Hacıyeva, “Azercell Telekom” MMC-nin
Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova,
həmçinin sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi
qonaqlar iştirak edib.




Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəki
potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S.
Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqların
inkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasına
yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öz
texniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllər
təqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələr
tədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb
olub.

Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya
üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar
sırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komanda
ikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandaların
təqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksək
performans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib.
Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çində
keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir