
“Ermənistan və Azərbaycan arasında münaqişə artıq başa çatıb”.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin köhnə tərkibinin sonuncu iclasında deyib.
“2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı”, — deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması iqtisadiyyata yeni təkan verib.
“İnsanlar iqtisadi artımı gündəlik həyatlarında görməlidirlər və mən qərara gəlmişəm ki, Ermənistanda pensiyalar artırılmalıdır”, – deyə baş nazir bildirib.
Paşinyan əmin edib ki, 2028-ci ildən etibarən hakimiyyət pensiyaların məbləğini yenidən nəzərdən keçirəcək və onları ən azı inflyasiya səviyyəsində indeksləşdirəcək.

