Son bir ildə Azərbaycanda internetin sürəti açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Son bir ildə Azərbaycanda sabit genişzoalqlı internetin sürəti
16%, mobil internetin sürəti isə 31%-dək artıb.

Bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi
(İKTA) məlumat yayıb.

Bildirilib ki, genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin
qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” may ayı üzrə
“Speedtest Global Index” hesabatını təqdim edib.




Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin
median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65
Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s
(16,03 %), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91 %)
artıb.

Paytaxtların müqayisəsinə gəlincə isə mayda Bakı şəhərində sabit
genişzolaqlı internetin median sürəti 92,19 Mb/s, mobil internetin
median sürəti isə 117,08 Mb/s olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir