Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ə.Əsədov Prezident İlham Əliyevin salamlarını
Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə
minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət
başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji
tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi
məmnunluqla qeyd olunub.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji,
humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir