
Bakı. Trend:
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun
17-19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın
qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı,
bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal
olunur.

