
Bakı.Trend:
İyunun 17-dən Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev,
Rəşid Behbudov kücələrində diametri 1400 mm, uzunluğu 3296 metr
olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin
mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, işlərin ilin sonuna qədər davam etdiriləcəyi
nəzərdə tutulub.
Tikinti mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji
standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət
olunacaq.
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı
suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su
hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət
edəcək.

