“Mançester Siti” 18 yaşlı müdafiəçi transfer edir

Baş səhifə

Bakı. Trend:

PSJ ilə müqaviləsi başa çatan Hermann Malonqa karyerasını
İngiltərədə davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Mançester Siti” fransalı müdafiəçinin keçidini həll edib.




18 yaşlı futbolçu Premyer Liqa klubunun şərtlərini qəbul edib.
Gənc mərkəz müdafiəçisi “Mançester Siti”yə azad agent statusu ilə
keçəcək.

Qeyd edək ki, Hermann Malonqa 2021-ci ilin yayında PSJ-nin
akademiyasına qolulub. O, Paris təmsilçisinin U-19 komandasında
çıxış edirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir