Amerika pulunun bir senti belə İrana getmir – Vens

Baş səhifə

Bakı. Trend:

İranın Anlaşma Memorandumundan alacağı investisiyalar əsasən
Körfəz ölkələrindən olacaq.

Xarici media yazır ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens
bildirib.

“Əvvəla, Amerika pulunun bir senti belə İrana getmir, 300
milyard dollar, 24 milyard dollar, dollarla dövriyyədə gördüyüm
digər pulların heç biri verilmir”, – Vens deyib.




ABŞ vitse-prezidenti İrana iqtisadi fayda gətirə biləcək ölkələr
kimi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını
qeyd edib.

O, həmçinin İranın nüvə proqramının tamamilə məhv edildiyini və
ölkənin müharibə nəticəsində “tamamilə dəyişdiyini” söyləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir