“Rolls-Royce” nüvə reaktoru inşa edəcək

Baş səhifə

Bakı. Trend:

Britaniyanın “Rolls-Royce SMR” şirkəti İsveçin qərb sahilində
hər biri 470 MVt gücündə üç kiçik modul nüvə reaktorunun tikintisi
üçün tender qazanıb.

Xarici media yazır ki, İsveç enerji şirkətini Vattenfall bu
barədə məlumat yayıb.

Bildirilir ki, hər biri 470 MVt gücə malik üç yeni reaktor,
qalıq yanacaqlardan istifadə etmədən ildə təxminən 12 teravatt-saat
enerji istehsal etmək qabiliyyətinə malikdir.




Yeni obyekt Ringhals Atom Elektrik Stansiyasının yanında inşa
ediləcək. İlk enerji blokunun 2030-cu illərin ortalarında
istifadəyə verilməsi planlaşdırılır.

Daha əvvəl bildirilmişdi ki, “Rolls-Royce” şirkəti Çexiya və
Böyük Britaniyada kiçik modul reaktorlar inşa edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir