İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib

Baş səhifə

Bakı. Trend:

İsveçrənin vitse-prezidenti İqnatsio Kassis İsveçrə
parlamentində təxribat xarakterli sual verən erməni revanşist Erik
Fontobelə yerini göstərib.

Belə ki, iyunun 15-də İsveçrə parlamentində keçirilən “Hökumətə
suallar saatı” (Fragestunde) çərçivəsində erməni revanşistlərinin
lobbiçisi olan deputat Erik Fontobel İsveçrənin vitse-prezidenti və
Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassisə “Dağlıq Qarabağ üçün Sülh Forumu” adlı təşəbbüsünün hazırkı
vəziyyəti ilə bağlı sual ünvanlayıb.

Kassis suala cavabında bildirib ki, nə Azərbaycan, nə də
Ermənistan tərəfi bu forumun təşkilini əvvəldən məqsədəuyğun hesab
edib. Onun sözlərinə görə, bu mövqe cari ilin aprel ayında hər iki
ölkə ilə aparılmış siyasi məsləhətləşmələr zamanı da
təsdiqlənib.

O, həmçinin qeyd edib ki, İsveçrə tərəfi “Dağlıq Qarabağ”ı
dövlət qurumu kimi tanımır və Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşması prosesini dəstəkləyir.

Buna baxmayaraq, Fontobel bildirib ki, Azərbaycan və Ermənistan
bu məsələ ilə bağlı vahid mövqe nümayiş etdirsələr də, münaqişədən
birbaşa təsirlənmiş şəxslərin, yəni Qarabağ bölgəsini könüllü
şəkildə tərk etmiş erməni əsilli şəxslərin sülh prosesinə cəlb
olunması vacibdir.

İ.Kassis vurğulayıb ki, İsveçrə beynəlxalq münasibətlər
çərçivəsində yalnız suveren dövlətlərlə rəsmi əlaqələr saxlayır. O
qeyd edib ki, üçüncü tərəflərlə birbaşa siyasi münasibətlərin
qurulması digər dövlətlərin daxili işlərinə müdaxilə kimi
qiymətləndirilə bilər ki, bu da İsveçrənin maraqlarına uyğun
deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir