Gəncədə müğənni qəzaya düşdü

Baş səhifə

Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq və Şota Rustavelli küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, M.Cəfərovanın sükan arxasında olduğu “Jetour” markalı avtomobil Habil Əbdürrəhmanovun idarə etdiyi “Prius” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki atomobilə ciddi ziyan dəyib.

Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir.

Faktla bağlı araşdırma aparılır.

(Teleqraf)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir