Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 17-də ABŞ
Prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib.

V. Zelenski bu barədə “Obşçestvennoye” nəşrinin Tramp ilə ayrıca
görüşün mümkünlüyünə dair sualını cavablandırarkən danışıb.




“Komandalarımız gün ərzində müxtəlif səviyyələrdə görüşəcəklər.
Düşünürəm ki, prezidentlə ayrıca görüşəcəyik”, – deyə o
bildirib.

Zelenski daha əvvəl G7 sammiti çərçivəsində ABŞ liderindən
ballistik raketlərin tutulması sistemlərinin istehsalı üçün
lisenziya istədiyini, lakin bu məsələ ilə bağlı qəti cavab
almadığını söyləmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir