Bərdədə qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlandı (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova
saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10
kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.




Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir