Ağdərədə yol qəzasında 3 nəfər xəsarət alıb

Baş səhifə

Ağdərə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Çardaqlı kəndi ərazisində qeydə alınıb.
İsa Ağayevin idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü, avtomobildə olan sərnişin Bayram Ağayev və Samir Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir