Müəllimlərin sertifikasiya imtahanı başlayıb

Baş səhifə

Bakı. Trend:

Müəllimlərin sertifikasiya imtahanı başlayıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 17-19 və 23-25
iyun tarixlərini əhatə edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə imtahanlar
paytaxtda 8 imtahan mərkəzində təşkil ediləcək.




Bu il təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki
tərbiyə fənlərini tədris edən təhsilverənlər ilk dəfə sertifikasiya
imtahanı verəcəklər.

Qeyd edək ki, fizika, kimya, biologiya, coğrafiya, informatika,
ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici
dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman
dili, fransız dili və s.) müəllimləri də sertifikasiya
imtahanlarında iştirak edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir