Silah saxlayanlara qarşı reydlər davam edir

Baş səhifə

İyunun 16-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın müxtəlif rayonlarında keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı qanunsuz saxlanılan xeyli sayda silah-sursat aşkarlanaraq götürülüb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edilərək müsadirə olunub.

DİN-dən qeyd edilib ki, qanunsuz dövriyyədə olan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir