
Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC 124 yaşlı Xaçmaz Dəmiryol
Vağzalının binasını əsaslı təmir edir.
Bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli
memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü
saxlanılmaqla kompleks yenidənqurma aparılır.
Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən
mühüm məntəqələrdən biridir.

