
Bakı. Trend:
“Yuventus”un müdafiəçisi Andrea Kambyazo yayda klubunu dəyişə
bilər.
Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
“Barselona” və “Çelsi” italiyalı futbolçunu transfer etmək
istəyir.
A Seriyası nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon
avro tələb edir.
Qeyd edək ki, Andrea Kambyazo 2022-ci ilin yayından “Yuventus”da
çıxış edir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Turin
təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 5
məhsuldar ötürmə ilə yadda qalıb.

