3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə mayın
24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda iştirak
etmək üçün ərizə təsdiq etmiş 56847 abituriyentdən (II qrup üzrə
28507 nəfər, III qrup üzrə 28340 nəfər) 2429 nəfər (II qrup üzrə
1663 nəfər, III qrup üzrə 766 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları
pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv
edilib.

İmtahanda 3 nəfər maksimum nəticə hesab edilən 400 bal
toplayıb.




Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal
toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin
məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib. O, imtahanın
birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə
görə 688.9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən
yüksək nəticəni göstərən abituriyentdir.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal
toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına
Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin
qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu
Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta
məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva
Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal,
Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə
285.2 bal toplayıb.

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 688.7 bal
toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu
Düz qırıqlı kənd 1 saylı orta məktəbinin məzunu Musayeva Ayan Fuad
qızıdır. O, imtahanın birinci mərhələsində 291.7, ikinci
mərhələsində isə 397 bal toplayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir