Müharibədə İrana 1 trilyon dollardan çox ziyan dəyib

Baş səhifə

Bütün zənginləşdirilmiş materialların ehtiyatlarının İrandan çıxarılması ilə bağlı texniki müzakirələr dərhal başlayacaq.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranın iqtisadi yardımı və yenidənqurma investisiyaları ciddi şəkildə qarşı tərəfin yaxşı davranışından asılıdır.

Tramp İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəydiyini deyib.

“Hazırda sahib olduqlarını bərpa etmək üçün onlara 15-20 il vaxt lazım olacaq. Buna görə də, özlərini yaxşı aparmalıdırlar. Əgər yaxşı davranmasalar, yenidən zərbə alacaqlar”, – deyə ABŞ Prezidenti əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir