
Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rüttenin iyunun 23–25-də ABŞ-a səfər
edəcəyi gözlənilir.
Səfərin əsas məqsədi iyulun 7–8-də Ankarada keçiriləcək NATO
sammiti ərəfəsində alyans üzvləri arasında mövcud olan
transatlantik fikir ayrılıqlarının azaldılmasına töhfə
verməkdir.
Xatırladılıb ki, Mark Rütte daha əvvəl Brüsseldə təşkil etdiyi
mətbuat konfransında Ankara sammitinin proqramının bir plenar
iclasla məhdudlaşacağını və tərəfdaş ölkələrin dövlət və hökumət
başçılarının tədbirə dəvət olunmayacağını bildirmişdi.
Məlumata əsasən, sammit zamanı NATO–Ukrayna Şurasının liderlər
səviyyəsində ayrıca toplantısının keçirilməsi də
planlaşdırılmır.
Brüsseldəki mənbələr qeyd edirlər ki, təşkilatçılar ABŞ
Prezidenti Donald Trampın iştirak edəcəyi tədbirlərin gündəliyini
mümkün qədər qısa saxlamağa çalışırlar. Məqsəd sammit zamanı yarana
biləcək fikir ayrılıqlarını minimum səviyyəyə endirməkdir.

