
Bakı. Trend:
Harri Keyn növbəti mövsümdə inanılmaz statistik göstərici ilə
çıxış etməyə davam edir.
İngiltərə millisinin üzvü olan hücumçu Xorvatiya ilə DÇ-2026
matçında (2:2; ilk hissə) həm penaltidən, həm də oyundan qol
vuraraq mövsümdəki ümumi qol sayını 69-a çatdırıb.
Keyn bu mövsüm 63 oyun keçirib və məhsuldarlıq baxımından
karyerasının ən yaxşı illərindən birini yaşayır:
“Bavariya” üçün: 61 qol
İngiltərə millisində: 8 qol
Beləliklə, ingiltərəli hücumçu həm klub, həm də milli səviyyədə
yüksək stabil forma nümayiş etdirərək Avropanın ən məhsuldar
futbolçularından biri kimi fərqlənir.

