
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
Çempionatın L qrupunda Qana yığması Panama ilə üz-üzə gəlib.
Oyunun son dəqiqələrində rəqib qapısına yol tapan Qana komandası
1:0 hesabı ilə qələbə qazanıb.
Qrupun digər matçında İngiltərə Xorvatiyanı 4:2 hesabı ilə
məğlub edib.
Bu gün saat 06:00-da isə K qrupunda mübarizə aparan Özbəkistan
komandası Kolumbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu qrupun ilk oyununda Portuqaliya Konqo
Demokratik Respublikası ilə bacarmayıb. Qarşılaşmada 1:1 hesablı
heç-heçə qeydə alınıb.

