
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu məhv edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

