Leonid Brejnevin nəticəsi Ukraynada əsir düşüb

Baş səhifə

Ukrayna ordusu keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin nəticəsi Anton Milayevi əsir götürüb.

Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Anton Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın nəvəsidir.

Məlumata görə, 45 yaşlı Milayev keçən payızda istehkamçı kimi müharibəyə gedib, noyabr ayından isə qohumları ilə əlaqəsi kəsilib.

Anası İrina Kuznetsovanın sözlərinə görə, oğlu Xerson bölgəsində Ukrayna ordusunun nəzarətində olan ərazilərdə əsirlikdədir.

Qeyd edək ki, Leonid Brejnev Ukraynada anadan olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir