
Bakı. Trend:
Sukuk dayanıqlı maliyyələşdirmə alətidir.
Bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun maliyyə direktoru
Abdurrabbih Abdus Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun
2026-cı il üzrə İllik Toplantıları çərçivəsində təşkil olunan
“Etiketlənmiş sukuklar – inkişafın növbəti mərhələsi” mövzusunda
tədbirdə Abdurabbih Abdus bildirib.
“Dayanıqlı inkişaf dayanıqlı maliyyələşdirmə olmadan mümkün
deyil. Sukukların tətbiqi təcrübəsi sübut edib ki, onlar mahiyyət
etibarilə dayanıqlı maliyyələşdirmə alətləridir. Çünki mənfi
skrininq mexanizmi insanlara və planetə zərər verə biləcək hər
hansı maliyyələşdirməni istisna edir.
Bu səbəbdən sukuklar dayanıqlı inkişaf məqsədləri üçün
resursların səfərbər edilməsində İslam İnkişaf Bankı və bir çox
digər təşkilatlar, eləcə də suveren dövlətlər üçün əsas alət rolunu
oynayır. Eyni zamanda, əmək sukukları (labour-sukuk) bütün növ
investorlar və müxtəlif investisiya mandatlarına malik iştirakçılar
üçün yararlana biləcəkləri xüsusi imkanlar təqdim edir”, – deyə o
qeyd edib.
Abdus həmçinin ümidvar olduğunu bildirib ki, tədbir çərçivəsində
səsləndirilən ideyalar və tövsiyələr iştirakçılar üçün maksimum
fayda verəcək və dayanıqlı maliyyələşdirmənin gələcək inkişafına
töhfə göstərəcək.

