
Azərbaycan bu ilin yanvar-may aylarında 54,7 milyon dollar dəyərində 86,2 min ton şəkər ixrac edib.
Metbuat.az xəbər veri ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, şəkər ixracı illik müqayisədə dəyər baxımından 4,2 dəfə çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 1,07% təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

