“Qonşularla əməkdaşlıq etməyən ölkələr uduzur”-

Baş səhifə

“İqtisadi inkişaf hər zaman ölkənin öz iradəsi və təşəbbüsü ilə başlayır”.

Metbuat.az-ın tədbirdəki müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş zamanı deyib. O vurğulayıb ki, onlar tərəfdaş ölkələrin seçdiyi inkişaf yolunu dəstəkləyir və onların etibarlı tərəfdaşı olaraq qalmaq istəyirlər.

“Ölkələrə necə idarə olunmalı olduqlarını diktə etmirik və ya onlara yuxarıdan aşağı yanaşmırıq. Əksinə, onlarla bir masa arxasında əyləşir, bilik və təcrübəmizi bölüşürük. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərdiyimiz üçün hansı yanaşmaların uğur qazandığını, hansılarının isə gözlənilən nəticəni vermədiyini görmək imkanımız olub”, – deyə o bildirib.

İİB sədri vurğulayıb ki, ölkələrin qonşuları ilə əməkdaşlığı gücləndirməsi dayanıqlı inkişafın əsas şərtlərindən biridir:

“Bir ölkənin üstünlükləri ilə qonşusunun imkanları bir-birini tamamladıqda, hər iki tərəf bundan daha çox fayda əldə edir. Əks halda, əməkdaşlıq əvəzinə mənfi rəqabət yaranır və nəticədə bütün tərəflər bundan zərər görür”.

Məhəmməd Süleyman Əl-Casir əlavə edib ki, uğurlu iqtisadi inkişaf üçün əsas amillərdən biri keyfiyyətli planlaşdırmadır:

“Düzgün planlaşdırma və düzgün prioritetlərin müəyyənləşdirilməsi ölkələrin uzunmüddətli və dayanıqlı fayda əldə etməsinə imkan yaradır”, – deyə o qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir