
“50 milyard dollardan çox sukuk buraxmışıq, bunun 5 milyard dolları yaşıl sukukdur.Layihə başa çatdıqdan sonra həmin aktivlər satıla və ya girov qoyula bilər, əldə olunan vəsait isə yeni layihələrə yönəldilə bilər. Bu yanaşma böyük infrastruktur layihələrinin maliyyələşdirilməsini asanlaşdırır”.
Metbuat.az xəbər verir ki, bunu İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB-nin 51-ci İllik Toplantısı çərçivəsində keçirilən müzakirədə deyib:
“İslam maliyyəsinin əsas üstünlüyü onun müxtəlif layihələrə uyğun çevik maliyyə alətlərinə malik olmasıdır. Ən uğurlu nümunələrdən biri sukukdur. Sukuk İslam ənənələrindən qaynaqlanan innovativ maliyyə alətidir və aktivlərlə təmin olunduğu üçün həddindən artıq borclanmanın qarşısını alır”, – deyə o bildirib.
Onun sözlərinə görə, tamamlanmış layihələr üzrə aktivlərdən yenidən istifadə etməklə yeni investisiyaların maliyyələşdirilməsi mümkündür:
Əl-Casir qeyd edib ki, şəriət prinsiplərinə uyğun müxtəlif maliyyə alətləri konkret ehtiyaclara uyğun şəkildə formalaşdırıla bilir.
İİB Qrupunun sədri əlavə edib ki, bankın beynəlxalq maliyyə bazarlarında ən yüksək – “AAA” kredit reytinqinə malik olması səhmdarların və tərəfdaş ölkələrin etimadının nəticəsidir:
“İslam dünyasında bu reytinqə malik yeganə maliyyə qurumuyuq. Səhmdarlarımızın və borcalan ölkələrin güclü dəstəyi sayəsində bu reytinqi əldə etmişik və onu qoruyub saxlamağa davam edirik”.
Gülbəniz Hüseynli / Metbuat.az

