Mask trilyonluq sərvətini harada saxlayır?

Baş səhifə

Dünyanın ilk trilyoneri ünvanını qazanan İlon Maskın xalis sərvəti fantastik həddə – 1,3 trilyon dollara yüksəlib. Hər kəsi maraqlandıran əsas sual isə bu nəhəng kapitalın harada saxlanılmasıdır.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, məşhur milyarderin var-dövləti bank hesablarında nağd pul olaraq deyil, onun vizyoner şirkətlərinin səhmlərində “gizlənir”. Maskın sərvətinin əsasını “SpaceX” təşkil edir. Bununla yanaşı, onun elektromobil nəhəngi “Tesla” və süni intellekt şirkəti “xAI”-dakı payları da bu trilyonluq imperiyanın əsas hərəkətverici qüvvələridir.

Başqa sözlə, dünyanın ilk trilyoneri pullarını seyflərdə deyil, gələcəyin texnologiyalarına yatıraraq kosmosda və süni intellektdə “saxlayır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir