“Kaş yaşayardı, çəkməyə davam edərdi” –

Baş səhifə

Yol qəzasında həyatını itirən Zəhra Mehdizadənin atası, tanınmış hüquqşünas Fərhad Mehdiyev hadisə ilə bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib:

“Əzizlərim, ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın.

Ağ “Mercedes”in sürücüsünün təqsiri barədə: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır. Əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, o, baqajını açmalı və avtomobilin arxasında xəbərdaredici işarə qoymalı idi. Əgər onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o, təqsirli sayılmayacaq.

Yox, əgər sürücü avtomobilində olan nasazlıq barədə məlumatlı olubsa – bunu da ekspertiza müəyyən edir – belə halda o, yolun sol tərəfi ilə hərəkət edə bilməzdi və sağ tərəfdən sürməli idi. Üstəlik, avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metr məsafədə xəbərdaredici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır”.

O bildirib ki, Zəhra aktrisa və model olmaq istəyirdi:

“Qızım aktrisa, model olmağa çalışırdı, mən o seçimini dəstəkləməsəm də. Bununla bağlı nə videolar çəkibsə, yaxşı edib, əcəb edib. 17 yaşı vardı, çox yaradıcı idi. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi.

Bəzi insanlar saxta əxlaq yanaşmaları ortaya qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahiblərinin insanlıq, empatiya və vicdan hissindən məhrum olduqlarını göstərir”.

Qeyd edək ki, Zəhra Mehdizadə iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir