Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib

Baş səhifə

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Prezident
İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda qeyd olunub:

“28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü
münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından
təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki,
ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq
əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də
dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı
firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir