İsrail Kallasla bütün əlaqələri kəsdi

Baş səhifə

İsrail Xarici İşlər Nazirliyi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə bütün təmasların dayandırıldığını bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə İsrail XİN-in açıqlamasında bildirilib.

Qərar Kallasın İsraili vaxtilə Cənubi Afrikada mövcud olmuş aparteid rejimi ilə müqayisə etməsi barədə yayılan məlumatlardan sonra qəbul olunub.

İsrail Xarici İşlər Nazirliyi Kallası ölkəyə qarşı qərəzli mövqe tutmaqda ittiham edib.

“Onun İsrailə qarşı davranışı obsesiv xarakter daşıyır və biabırçı qərəzlilik nümunəsidir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir