
Bakı. Trend:
Şimali Atlantika Alyansının Nüvə Planlaşdırma Qrupunun (NPG)
iclasından sonra yayımlanan bəyanata görə, NATO müdafiə nazirləri
Brüsseldə keçirilən görüşdə Avropada nüvə silahlarından çəkindirmə
qüvvələrinin modernləşdirilməsini davam etdirmək barədə razılığa
gəliblər.
Xarici media yazır ki, NATO Nüvə Planlaşdırma Qrupunda iştirak
edən müttəfiqlər NATO-nun nüvə missiyasını yerinə yetirmək və
Alyansın birliyini və qətiyyətini nümayiş etdirmək üçün lazım olan
resurslara, imkanlara və qüvvələrə investisiya qoymaqla kollektiv
müdafiənin məsuliyyətlərini, risklərini və yükünü bölüşmək üçün
davamlı öhdəliklərini təsdiqləyiblər.
Xarici media yazır ki, bu, NATO Nüvə Planlaşdırma Qrupuna daxil
olan ölkələrin 19 il ərzində verdiyi ilk birgə bəyanat olub.

