Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyunun 18-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev
Afrika qitəsinin səkkiz ölkəsini birləşdirən Hökumətlərarası
İnkişaf Təşkilatının (IGAD) icraçı direktoru Vorkneh Gebeyehu
Negevo ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.

Görüşdə Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri
arasında ikitərəfli və beynəlxalq platformalar çərçivəsində
əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun
saxlanılması üçün qarşılıqlı səfərlər və institusional
mexanizmlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan və IGAD arasında siyasi, iqtisadi,
təhsil, səhiyyə, iqlim, ictimai xidmət, nəqliyyat və kommunikasiya
sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri habelə qarşılıqlı
maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir
mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir