
Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki
hesabında yazıb ki, İran regional əməkdaşlığa və inkişafa həmişə
sadiqdir.
Onun sözlərinə görə, İran müstəqilliyi və ləyaqəti qorumaqla
beynəlxalq sülhə və regional inkişaf və əməkdaşlığa həmişə
sadiqdir.
İran və ABŞ arasında sülh memorandumunun imzalanmış şəklini
paylaşan İran prezidenti qeyd edib ki, bu tarixi sənəd İrandan
güclü mesajdır: “Sülh qarşılıqlı hörmət əsasında reallaşacaq”.
Qeyd edək ki, ötən gecə İran və ABŞ arasında sülh memorandumu
imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ
prezidenti Donald Tramp imzalayıblar.

