Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazandı

Baş səhifə

Futbol üzrə dünya çempionatında ikinci tura start verilib.

Modern.az xəbər verir ki, A qrupunda Çexiya Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa təmsilçisindən Mixal Sadilek, afrikalılardan isə Teboho Mokoena fərqlənib.

Bununla da, hər iki yığma qrupda ilk xallarını qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir