Bakı–Naxçıvan reysləri ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə
əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il
tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan
reysləri ləğv edilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.




“Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat
veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə
icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın
təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və
beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə
həyata keçirilir”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir