İldırımlı hava: AZAL-ın təyyarələri geri qayıtdı

Baş səhifə

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv olunub.

Bu barədə Modern.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən (AZAL) məlumat verilib.

Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. Hava şəraiti sabitləşdikdən sonra isə uçuşlar ştat rejimdə davam etdiriləcək.

Qeyd olunub ki, aviaşirkətdə bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir