Ağdamda avtomobil 4 piyadanı vurub

Baş səhifə

Ağdam. Trend:

Ağdam rayonunda dörd piyadanın xəsarət alması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayonun
İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, VAZ-2106 markalı avtomobilin sürücüsü
idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında olan
dörd piyadanı vurub.




Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər
Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların
vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri
müəyyənləşdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir